“PMD Hospitalty” MMC-nin hotellərindən birinə yeni rəhbər təyin edilib.
Banker.az xəbər verir ki, Nazim Süleymanov Fərman oğlu avqust ayından etibarən “PMD”nin Şabranda fəaliyyət östərən beş ulduzlu “Qalaaltı Hotel & Spa”ya baş menecer (rəhbər) təyin edilib. Şirkətin hüquqi adı “Yeni Qalaaltı Hotel Company” MMC-dir.
N.Süleymanov, 2019-cu ilin sentyabrından bu günə qədər “Yeni Qalaaltı Hotel Company”də hotel əməliyyatları meneceri vəzifəsində çalışırdı.
Xatırladaq ki, “Yeni Qalaaltı Hotel Company” 2014-cü ildə yaradılıb və 202 min manat nizamnamə kapitalına sahibdir. Şirkətin səhmdarı “PMD Hospitality”dir.
“PMD Hospitality” otel, sanatoriya, restoran və akvapark tipli müəssisələrin idarə etməsi ilə məşğuldur. Şirkət 2018-ci ilin avqustundan rəsmi olaraq dövlət qeydiyyatına alınıb. “PMD Qrup”unun bir hissəsidir. Təşkilat, 2013-cü ildə, otel və qonaqpərvərlik əmlak inkişaf etdirmək və turizm sektorunda illər ərzində Azərbaycanda və xaricdə davamlı böyüməni təmin etmək məqsədi ilə yaradılıb.
“PMD Hospitality” MMC-nin əmlak portfelində bir neçə 5 ulduzlu otel (Gaşaltı Health Hotel, Chinar Hotel & SPA, Galaalti SPA & Sanatorium, The Excelsior Hotel & Spa Baku, Lankaran Springs Wellness Resort), lüks kurort (Shamakhi Palace Sharadil), “Paulaner Azərbaycan” (franchise pivə zavodu) və böyük dənizkənarı akvaparkı (Dalga Beach Aquapark) daxildir.