9 C
Baku
Thursday, December 12, 2024

“PMD”nin 45 milyonluq otel şirkəti də ikiyə bölündü

“PMD”nin daha 2 böyük otel şirkəti parçalandı.

“Yeni Qalaaltı Hotel Company” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində “Yeni Qalaaltı Hotel Company Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradıldığını elan edir. Bu otel şirkətinin nizamnamə kapitalı 202 min manatdır.

“Yeni Şamaxı Hotel Company” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində “Yeni Şamaxı Hotel Company Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradıldığını elan edir. Bildirək ki, “Yeni Şamaxı Hotel Company” MMC-nin nizamnamə kapitalı 45 532 100 manatdır.

Xatırladaq ki, “PMD Hospitality” MMC-nin törəmə şirkəti olan “Lenkeran Hotel and Resort Company” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində “Lenkeran Hotel and Resort Company Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Yeni Naftalan Hotel Company” MMC  tərkibindən ayrılma nəticəsində “Yeni Naftalan Hotel Company Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradıldığını, “Yeni Çinar Hotel Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin isə tərkibindən ayrılma nəticəsində “Yeni Çinar Hotel Company Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradıldığını elan etmişdir.

 

Son xəbərlər
Digər xəbərlər