25 C
Baku
Monday, April 29, 2024

“PMD”nin otel şirkəti məcburi auditdən yayındığına görə cərimələnə bilər

“PMD”yə məxsus “Yeni Şamaxı Hotel Company” MMC cərimələnə bilər.

Banker.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə cərimə protokolu tərtib edilərək Şamaxı Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Natiq İsmayılovdur.

İXM-nin 464-cü maddəsində “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə cərimlənirlər. Hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, ötən il “Yeni Şamaxı Hotel Company” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində “Yeni Şamaxı Hotel Company Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradıldığını elan etmişdir.

Bildirək ki, “Yeni Şamaxı Hotel Company” MMC-nin nizamnamə kapitalı 60 000 manatdır, qanuni təmsilçisi isə Çingiz Hacıyevdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər