25 C
Baku
Monday, April 29, 2024

“PMD”nin otel şirkəti məhkəməyə verildi

“Yeni Şamaxı Hotel Company” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verilib.

Banker.az xəbər verir ki, buna səbəb İctimai Qayda, İctimai Təhlükəsizlik və İctimai Mənəviyyat Əleyhinə Olan İnzibati Xətalardır.

Belə ki, “Yeni Şamaxı Hotel Company” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol tərtib olunub.

İş hakim Natiq İsmayılovun icraatına verilib.

Xatırladaq ki, həmin maddəyə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Onu da qeyd edək ki, “Yeni Şamaxı Hotel Company” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində “Yeni Şamaxı Hotel Company Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradıldığını elan etmişdir. “Yeni Şamaxı Hotel Company” MMC-nin nizamnamə kapitalı 60 000 manatdır, qanuni təmsilçisi isə Çingiz Hacıyevdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər