Poçt sisteminin modernləşdirilməsi məqsədilə “Azərpoçt” MMC-yə investisiya yatırılacaq. Bu istiqamətdə Dünya Bankı və Mərkəzi Bank ilə danışıqlar aparılır.
Bu barədə məlumat verən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov proses müsbət yekunlaşarsa poçta böyük investisiyaların cəlb olunacağını bildirib. Bu investisiyaların nəticəsində isə yeni xidmətlərin göstərilməsi nəzərdə tutulur. Bunlar əsasən bank-maliyyə, elektron kommersiya xidmətlərinin genişləndirilməsidir. Yeni xidmətlərin göstərilməsi gəlirlərin artmasına imkan verəcək.
AZƏRTAC