-1 C
Baku
Sunday, December 15, 2024

Polşa eks-prezidentin təyyarə qəzasının səbəblərini araşdıran komissiyanı ləğv edib

Polşanın Müdafiə Nazirliyi 2010-cu ildə Rusiyanın Smolensk şəhəri yaxınlığında keçmiş Prezident Lex Kaçinskinin təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdıran komissiyanı ləğv edib.

Bu barədə ölkənin yeni müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.

“Yaxın vaxtlarda ləğv edilmiş komissiyanın fəaliyyətinin bütün aspektlərini təhlil etmək üçün xüsusi qrup yaradılacaq”, – müdafiə nazirinin bəyanatında deyilir.

Müdafiə nazirinin müavini Sezar Tomçik isə bildirib ki, komissiyanın ləğvi qəzanın təhqiqatı ilə heç bir əlaqəsi olmayan fəaliyyətlərə səmərəsiz vəsait israfına son qoyulması deməkdir.

Son xəbərlər
Digər xəbərlər