Qazaxıstan sentyabrın 16-dan Varşavanın birbaşa hava əlaqələrinə qadağa qoyduğu ölkələr siyahısından çıxarılıb.
Qazaxıstanın bu siyahıdan çıxarılması ölkədə sanitariya-epidemioloji vəziyyətin yaxşılaşdığını göstərir.
Qeyd edək ki, Polşa yeni növ koronavirus pandemiyası dövründə yoluxma sayının artması nəticəsində Qazaxıstanla hava əlaqəsini kəsmişdi.
Xatırladaq ki, sentyabrın 20-dən Qazaxıstandan Qırğızıstana beynəlxalq uçuşlar bərpa olunur.