Polşada koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün üç həftəlik ümummilli karantin elan ediləcək.
Bu barədə TASS Polşanın Səhiyyə naziri Adam Nedzelskiyə istinadən məlumat yayıb.
Karantin dekabrın 28-dən yanvarın 17-nə qədər davam edəcək.
Bu müddət ərzində hotellərin, həmçinin dağ-xizək mərkəzlərinin fəaliyyəti dayandırılacaq.
Yeni ildə hökumət insanların hərəkətini məhdudlaşdırmağı da planlaşdırır. Qadağa 31 dekabr 21:00-dan 1 yanvar 6:00-a qədər qüvvədə olacaq.