11 C
Baku
Wednesday, December 11, 2024

Polşa Ukraynaya dəstək üçün $6.5 mlrd. toplayıb

Polşa və İsveç Ukraynaya yardım toplamaq üçün Varşavada donor konfransı təşkil ediblər. Banker.az “Secretmag”a istinadən xəbər verir ki, Polşanın Baş naziri Mateuş Moravetskinin sözlərinə görə, indiyədək 6.5 milyard dollar ianə toplanıb.

Baş nazir vurğulayıb ki, Ukraynaya yardım – Avropa ölkələrinin öhdəliyidir. O, söz verib ki, hökumət pulların ən qısa zamanda Ukraynaya çatdırılmasını təmin edəcək. Eyni zamanda Avstriya, Norveç və ABŞ-ın Ukraynaya 495 milyon avro (522.5 milyon dollar) köçürüb.

Bundan əvvəl Polşanın Baş naziri Avropa Komissiyasına ukraynalı qaçqınlara kömək üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməyi təklif etmişdi. Moravetski hesab edir ki, Ukrayna ərazisində müharibə başa çatdıqdan sonra aktivlərin Rusiyaya qaytarılması “əxlaqsızlıq olardı”.

Son xəbərlər
Digər xəbərlər