Polşa və Litva Belarusla sərhədi tamamilə bağlaya bilər.
Bu barədə Litvanın xarici işlər nazirinin müavini Arnoldas Abramaviçus deyib.
O bildirib ki, buna səbəb Belarusdakı “Vaqner” Xüsusi Hərbi Şirkətinin ehtimal edilən təxribatlarıdır: “Onlar özlərini qaçqın və qeyri-qanuni miqrant kimi təqdim edərək təxribata əl ata bilərlər”.
Qeyd edək ki, son günlər “Vaqner”çilərin kütləvi surətdə Belarusa hərəkəti müşahidə olunur.