9 C
Baku
Thursday, December 12, 2024

“Polşaya düşən raketlə bağlı dəqiq araşdırma aparılmalıdır”

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Polşada iki nəfərin ölümünə səbəb olan raket zərbəsindən sonra mətbuat konfransı keçirib.

O, Polşa Prezidenti Andjey Dudayla danışdığını, Böyük Britaniyanın bu ölkənin arxasında olduğunu bildirib.

“Təhlükəsizliyimiz üçün davamlı təhdid və qlobal iqtisadi böhran bu sammitdə iştirak etmək istəməyən bir adamın – Vladimir Putinin hərəkətləri səbəbindəndir. Dünyada elə bir insan yoxdur ki, Putin müharibəsinin təsirini hiss etməsin”, – Rişi Sunak qeyd edib.

O, Polşaya düşən raketin münaqişənin nə qədər sürətlə böyüyə və ölkədən kənara çıxa biləcəyini göstərdiyini də bildirib. Jurnalistlərin Böyük Britaniyanın Rusiya ilə müharibəyə cəlb olunub-olunmayacağı ilə bağlı sualını cavabsız qoyan Baş nazir bildirib ki, faktları müəyyən etmək vacibdir və Polşada baş verənləri dəqiq araşdırmağa çalışan qruplar var.

Sunak çıxışında, G20 sammitinin baş verdiyi və dünyadakı çətinliklərə həll yolu tapmaq üçün çalışdığı bir zamanda Putinin Ukraynadakı mülki hədəflərə raketlər yağdırmağını da qınayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər