2020-ci ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) (190,4 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 183,7 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (110,7 milyon ABŞ dolları) üçüncü olub.
Ümumiyyətlə, 2020-ci ilin ilk 11 ayı ərzində meyvə-tərəvəz ixracı 549,5 milyon, pambıq lifi ixracı 111,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 97,4 milyon, kimya sənayesi məhsullarının ixracı 76,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46,6 milyon, pambıq ipliyi ixracı 15 milyon, spirtli və spirtsiz içkilərin ixracı 10,9 milyon, şəkər ixracı 21.4 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 22 milyon, çay ixracı 8,5 milyon ABŞ dolları təşkil edib.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin ilk 11 ayı ərzində meyvə-tərəvəz ixracı 1,4 faiz, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 33,1 faiz, çay ixracı 0,5 faiz artıb.