2 C
Baku
Saturday, December 14, 2024

Pomidor ixracatçısı: Holland şirkəti bizə zərər vurub, Mərkəzi Bank isə bizi cərimələyir

Azərbaycanın pomidor ixracatçısı olan “Novas Agro” MMC (NOVAS Aqro), Mərkəzi bank tərəfindən cərimələnməsi məsələsinə aydınlıq gətirib.

Banker.az-a “Novas Aqro”dan deyilir ki, şirkət yaradılanda, istixanaların müasir avadanlıqıarla təmin edilməsi üçün bir sıra xarici şirkətlərlə müqavilələr bağlanmışdı. Bunlardan biri də Hollandiyanın “Debets Schalke” şirkətidir.

“2019-cu ildə şirkətlə bağladığımız müqaviləyə əsasən, 5 milyon 805 min avro dəyərində müxtəlif istixana avadanlıqları təmin edilməli idi. Bununla bağlı həmin şirkətə 2019-2020-ci illər ərzində müqavilədə nəzərdə tutlmuş məbləğdə ödənişlər edilmişdi. Ancaq “Debets Shalke” şirkəti müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməyərək, 88 000 avro dəyərində avadanlıqların “Novas Agro” MMC-yə çatdırılmasını təmin etmədi. Bununla bağlı Debets Schalke şirkəti ilə uzun müddət danışıqlar aparılsa da, heç bir nəticə əldə edilmədi”.

Bundan sonra qeyd edilənlərlə əlaqədar “Novas Agro” tərəfindən Hollandiyanın Azərbaycandakı səfirliyinə rəsmi şəkildə müraciət edildi. Hazırda həmin şirkətlə bağlı hüquqi prosedurlara başlanılıb və bu məsələ barədə Azərbaycan Mərkəzi Bankı da məlumatlandırılıb.

“O da qeyd edilməlidir ki, burada əsl zərərçəkən tərəf “Novas Aqro” MMC-dir. Belə ki, xarici şirkət bizim 88 000 avro dəyərində olan avadanlıqlarımızı göndərməməklə bir tərəfdən bizə maddi ziyan vurmuş, digər tərəfdən isə həmin avadanlıqlar üçün xaricə ödənilmiş valyuta qarşılığında məhsul ölkəyə daxil olmadığına görə Azərbaycan Mərkəzi Bankı Cəmiyyətimizə cərimə cəzası tətbiq edir. Bu isə yerli istehsal olan məhsulları xaricə ixrac edən Şirkət üçün olduqca üzücü haldır”.

Banker.az olaraq bildirir ki, AMB tərfindən “Novas Agro” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edib, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Şirkət nə zaman cərimələnir?

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

Son xəbərlər
Digər xəbərlər