-3 C
Baku
Sunday, December 15, 2024

Pompeo: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməyə sadiqdir”

“ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməyə sadiq qalır”.

Bunu ABŞ Dövlət katibi Mayk Pompeo mətbuat brifinqində deyib.

“Biz tərəfləri atəşkəslə bağlı götürdüyü öhdəliklərə sadiq qalmağa və mülki əraziləri hədəf almamağa çağırırıq. Bu sabah mən Prezident Trampla bu vəziyyət barədə danışdım. Baş verənləri yaxından izləyirik. ABŞ digər ölkələr kimi tərəflər arasında atəşkəsin bərpası ilə bağlı çağırış edib. Biz mülki itkilərlə ağlı məlumatlar əldə etdik. Diplomatik imkanlardan istifadə edirik ki, atəşkəs əldə edilsin və münaqişə sülh yolu ilə beynəlxalq hüquq çərçivəsində həll olunsun”, – deyə M. Pompeo vurğulayıb

MənbəApa
Son xəbərlər
Digər xəbərlər