9 C
Baku
Thursday, December 12, 2024

“Port İliç Xidmət”in 30%-ik səhm paketi 26 min manata özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iyulun 23-də keçirdiyi növbəti hərracda 1 səhmdar cəmiyyətinin səhm paketi, 7 nəqliyyat vasitəsi və avadanlıq satılıb.

Bu barədə Banker.az-a Dövlət Xidmətindən bildirilib.

Hərracda “Port İliç Xidmət” ASC-nin 30%-ik səhm paketi 25 698 manata özəlləşdirilib. Bununla yanaşı, hərracda hava gəmisi üzrə pilotların hazırlanması üçün istifadə olunan simulyator 2 200 000 manata, “B-98” layihəli “Vixr” tipli gəmi isə 900.000 manata satılıb.

Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/3A7csN linki vasitəsilə tanış olmaq olar.

Cari ay üçün növbəti hərraclar 29 və 30 iyul tarixlərində keçiriləcək. İştirak etmək istəyən şəxslər Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər