8 C
Baku
Thursday, December 12, 2024

“Premier Credit”in rəhbərliyi dəyişib

“Premier Credit” MMC bank olmayan kredit təşkilatına (BOKT) yeni direktor təyin edilib.

BOKT-un idarəetmə hesabatına istinadən xəbərə görə, bu, Sultan Gündüz oğlu Mirzəyevdir.

O, direktor vəzifəsində Nicat Məhərrəm oğlu Ömrümovu əvəz edib.

Xatırladaq ki, “Premier Credit” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 310 min manatdır. BOKT-un təsisçiləri 34%-lik payla Şəhla Muxtar qızı Mehdiyeva, 33%-lik payla Validə İlham qızı Əzizova və 33%-lik payla İlahə Ənvər qızı Bəxşəliyevadır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər