15 C
Baku
Friday, March 29, 2024

“Premier Kredit” BOKT ötən il kiçilib

“Premier Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 6 min manat mənfəətlə başa vurub. Halbuki, BOKT 2019-cu ildən 198 min manat zərərlə çıxmışdı.

Banker.az bu barədə qurumu maliyyə hesabatına istinadən xəbər verir.

Bu il yanvarın 1-nə “Premier Kredit”in aktivləri 1 milyon 464 min manat olub ki, bu da illik müqayisədə 23.5% azdır. Bunun 1 milyon 258 min manatı müştərilərə verilmiş  kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 27.3% kiçilib.

Hesabat dövründə “Premier Kredit”in öhdəlikləri 27% azalaraq 1 milyon 256 min manata düşüb,  kapitalı isə 3% artaraq 209 min manata çatıb.

Xatırladaq ki, “Premier Kredit” 2014-cü ildə yaradılıb. BOKT-un təsisçiləri Şəhla Mehdiyeva (34%), Validə Əzizova (33% və İlahə Baxşəliyevadır (33%).

Son xəbərlər
Digər xəbərlər