3 C
Baku
Saturday, December 14, 2024

“Premium Bank” 5 milyon manatdan çox xalis mənfəət açıqladı

“Premium Bank” 2023-cü ilin yanvar-iyun aylarını 5 milyon 112 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 78 min manat olub.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Ötən ilin 6 ayında “Premium Bank”ın cəmi gəlirləri 24 milyon 718 min manat (əvvəlki ilə nisbətən 8.3% çox), cəmi xərcləri isə 19 milyon 898 min manat təşkil edib.

Bu ilin iyul ayının 1-nə bankın cəmi aktivləri 736 milyon 786 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 6.4% artımdır. Bunun 470 milyon 459 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, son 6 ayda bankın kredit portfeli 7% böyüyüb.

p1 1p2 1

Son xəbərlər
Digər xəbərlər