10 C
Baku
Thursday, December 12, 2024

“Premium Bank”ın gəlirləri azaldığından əməliyyat zərərinə düşüb

“Premium Bank” ASC 2021-ci ildə gəlirlərinin azalması və bir sıra xərclərinin artması ilə əməliyyatı zərərdə olub, xalis mənfəətini kəskin azaldıb.

Banker.az xəbər verir ki, bu barədə bankın maliyyə hesabatında deyilir.

Hesabat müddəti ərzində bankın faiz gəlirləri 32.38 milyon manat, faiz xərcləri isə 14.41 milyon manat, qeyri-faiz gəlirləri 14.73 milyon manat, qeyri-faiz xərcləri isə 33.41 milyon manat olmuşdur. Bununla da bankın əməliyyatı -714 min manat zərərlə tamamlanıb.

Bank ötən il ərzində 5.15 milyon manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan daxil olmalar hesabında 4.43 mln. manat mənfəət edib. 2.5 mln. manatlıq mənfəət vergisi xərcindən sonra bankın xalis mənfəəti dövr üzrə 1.94 mln. manat olub. Bununla da bankın balansında 14.92 mln. manatlıq bölüşdürülməmiş mənfəət var.

BALANSI

“Premium Bank” ASC 2021-ci ildə aktivlərini artıraraq 760.34 mln. manata çatdırıb. Aktivlərində artıma səbəb nağd pul vəsaitlərinin son ildə 81.39 mln. manatdan 244.72 mln. manata yüksəlməsidir. Digər önəmli paya sahib olan kredit portfeli isə 11% azalaraq 508.08 mln. manata düşüb.

Depozit portfeli isə 518.36 mln. manat olmuş, bunun da  327.26 mln. manatı fiziki və 191.10 mln. manatı hüquqi şəxslərin vəsaitləridir.

 

Son xəbərlər
Digər xəbərlər