17 C
Baku
Tuesday, May 21, 2024

“Premium Bank”ın rəhbərliyini daha bir şəxs tərk etdi

“Premium Bank” ASC-nin Müşahidə Şurasının üzvlərindən biri vəzifəsindən ayrılıb. Bu son üç ayda ikinci dəyişiklikdir.

Bu barədə Banker.az banka yaxın mənbədən məlumat alıb.

Məlumata görə, Əlyəddin Quliyev Xeyirbəy oğlu kоmmersiya bankının ali оrqanını tərk edib.

Hazırda bankın Müşahidə Şurasına Elçin Əhmədov sədrlik edir, Gülbəniz Ağayeva şuranın üzvüdür.

G.Ağayeva M.Ş.-na yeni seçilib. O, bu vəzifədə Rəşad Gülmalıyevi əvəz etmişdi.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154 milyon manatdır. Bankın səhmlərinin 84.48%-i Zərifə Həmzəyevaya, 15.22%-i “VIP Aviation Services” MMC-yə, 0.31%-i isə Elvira Əhmədovaya məxsusdur.

Kоmmersiya bankının ali оrqanı sayılan Müşahidə Şurası hər il aşağıdakı mə­sə­lələrin həll оlunması üçün çağırılan səhmdarların ümu­mi yığıncağından ibarətdir. Bu məsələlərə aiddir: nizam­na­məyə və nizamnamə kapitalına dəyişikliklərin edilməsi, bankın İdarə Heyəti sədrinin seçilməsi, illik fəaliyyət nəticə­lərinin təsdiq edilməsi, bankın gəlirlərinin bölüşdürülməsi, bankdan asılı müəssisələrin yaradılması və ləğv edilməsi və bankın fəaliyyətinin bəzi digər mühüm məsələləri.

Müşahidə Şurası nümayəndələrindən ibarət olan ümumi yığıncaq bankın sədrini təyin edir. Onun üzərinə bankın idarə edilməsi öhdəliyi qoyulur.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər