Prezident İlham Əliyev Gülağa İslamovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Banker.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Gülağa Bayram oğlu İslamov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, dekabrın 19-da Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun 70 yaşı tamam olur.
Xatırladaq ki,O, Azərbaycan Respublikası Prezidentinin (həmin vaxt Heydər Əliyev) 25 yanvar 1995-ci il tarixli Fərmanı ilə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər rayonu) Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.