10 C
Baku
Thursday, December 12, 2024

Prezident: “Aİ-yə qaz ixracı bu il Azərbaycanın ümumi qaz ixracının təxminən yarısını təşkil edəcək”

Azərbaycan bu il Avropa İttifaqı (Aİ) bazarına qaz tədarükünü iki dəfə artırmağı planlaşdırır.

Bunu bu gün Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısının sözlərinə görə, Aİ-yə qaz ixracı bu il Azərbaycanın ümumi qaz ixracının təxminən yarısını təşkil edəcək: “Ötən ilin iyulunda Azərbaycan və Avropa Komissiyası arasında enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bu memorandum əsasında biz 2027-ci ilədək Avropa İttifaqı (Aİ) bazarına qaz tədarükümüzü iki dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qaz tədarük etdik. Bu il bizim hədəfimiz 12 milyarddır. Bu isə bizim bu il 24.5 milyard kubmetr olmasını planlaşdırdığımız ümumi ixracımızın demək olar ki, yarısını təşkil edəcək. Əlbəttə bizim hasilatımız və ixracımız böyüyəcək. Çünki biz mövcud qaz yataqlarından hasilatı artıracağıq və qarşıdakı illərdə yeni yataqlarda təbii qaz istehsalını gözləyirik”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər