10 C
Baku
Wednesday, December 11, 2024

Prezident bir neçə il əvvəl devalvasiyaya gedilməsinin səbəbini açıqlayıb – “10 milyard dollar itirdik”

“Bildiyiniz kimi, bir neçə il bundan əvvəl biz çox ağır bir addımın atılmasına məcbur idik. Manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Amma o addımı biz mütləq atmalı idik. Çünki əgər biz bu addımı atmasaydıq, biz bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. Onsuz da bu addımın gecikməsi ona gətirib çıxardı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Haradasa 10 milyard dollar. Təxminən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdir. Nəticə etibarilə manatı Mərkəzi Bank sabit saxlaya bilmədi və 10 milyard dollar valyutanı biz itirdik”, – dövlət başçısı vurğulayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər