10 C
Baku
Friday, December 13, 2024

Prezident daha bir rayonun icra başçısını işdən azad etdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 5 oktyabr 2018-ci il tarixdə Vaqif Abdullayevin Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə Banker.az Prezidentin rəsmi səhifəsinə istinad edir.

Eləcə də bax: İcra başçısı müavinini işdən çıxardı

“Vaqif İdris oğlu Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.”- deyə sərəncamda deyilir.

Məlumat üçün bildirək ki, o, bu postu İrşad Əliyevdən 2012-ci ildən təhvil almışdı.

Haqqında

Vaqif Abdullayev 16 oktyabr 1956-cı il tarixdə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olmuşdur.

Eləcə də bax:  Bank və sığortaya lisenziya yalnız Prezidentin razılığı ilə veriləcək

1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi almışdır.

2007-ci ildə Azərbaycan Respubliksı Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı verilmişdir.

1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidenti İcra aparatının nəşri olan “Yurd” jurnalında şöbə müdiri, 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsində məsləhətçi vəzifəsində işləmişdir.İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

2007-2012-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvüdür.

Prezident İlham Əliyevin sərəncamı ilə 15 oktyabr 2015-ci ildə 3-cü dərəcəli Vətənə Xidmətə görə ordeni ilə təltif edilmişdir.

Ailəlidir, 5 övladı, 10 nəvəsi var.

Son xəbərlər
Digər xəbərlər