12 C
Baku
Wednesday, December 11, 2024

Prezident: Kəlbəcərə də xüsusi nümayəndə təyin ediləcək

“Demək olar ki, indi bu təyinatdan sonra azad edilmiş əksər rayonlarda mənim xüsusi nümayəndələrim artıq fəaliyyətə başlayacaqdır”.

Banker.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Prezidentin Laçın rayonunda yeni təyin edilən xüsusi nümayəndəsi Məsim Məmmədovla görüşdə bildirir.

“Hələ təkcə Kəlbəcər rayonunda təyin edilməyib, bu da olacaq. Bu ərazilərdə, eyni zamanda, yeni idarəetmə üsulu da tətbiq edilməlidir və edilir. Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir.

Yəni, bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir. Bax, mənim tapşırıqlarım bundan ibarətdir, siz mənim etimadımı doğrultmalısınız”.

 

Son xəbərlər
Digər xəbərlər