10 C
Baku
Thursday, December 12, 2024

Prezident Malayziya səfirinin etimadnaməsini qəbul edib – Yenilənib

15:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanın etimadnaməsini qəbul edib.

Banker.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Ahmad Kamrizamil Bin Mohd Rza Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billahın və Malayziyanın Baş naziri Ənvər İbrahimin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Malayziyanın Kralına və Baş nazirinə çatdırmağı xahiş etdi.

Siyasi münasibətlərimizin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı əlaqələrimizin daha da fəallaşdırılmasının və əməkdaşlığımızın yeni istiqamətlərinin, o cümlədən investisiya, qarşılıqlı ticarət, humanitar sahələrdə müəyyənləşdirməsinin zəruriliyini bildirdi.

Beynəlxalq institutlar çərçivəsində əməkdaşlığımızdan məmnunluğunu idafə edən Prezident İlham Əliyev BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatında ölkələrimizin bir-birini dəstəkəməsinin önəmini vurğuladı və bunu qardaşlıq əlaqələrimizin yaxşı nümunəsi kimi dəyərləndirdi.

Dövlətimizin başçısı, eyni zamanda, iqtisadi əlaqələrin genişləndirilməsinin də vacibliyinə toxunaraq qarşıdan gələn illərdə nazirlər, hökumət nümayəndələri, biznes dairələri arasında qarşılıqlı səfərlərin təşkilinin bu işə xidmət edə biləcəyini dedi. Prezident İlham Əliyev səfirin Azərbaycanda fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcəyini qeyd edərək ona işində uğurlar arzuladı.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi, turizm, ticarət və digər sahələrdə əlaqələrin möhkəmlənəcəyinə ümidvarlığını ifadə etdi.

Diplomat bildirdi ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanda səfir təyin olunmasından şərəf hissi duyur. O, dövlətimizin başçısının çox xarizmatik və uzaqgörən bir Lider olduğunu vurğuladı.

Ahmad Kamrizamil Bin Mohd Rza əlaqələrimizin genişləndirilməsi üçün səylərini əsirgəməcəyini bildirdi.

Söhbət zamanı ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq, mədəni-humanitar münasibətlərin genişləndirilməsi məsələləri müzakirə olundu, birbaşa aviareyslərin həyata keçirilməsi, Azərbaycan-Malayziya iqtisadi əlaqələrinin genişləndirilməsi üçün hökumətlərarası komissiyanın yaradılması məsələlərinə toxunuldu.

***

15:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanın etimadnaməsini qəbul edib.

Banker.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

9d40721d af20 378e bb07 ee1502e078ee 0c9e7535 52b8 37fe a34a 90c04342784e 850 809dc1ea 4240 3696 97a4 43736e00a92c

Son xəbərlər
Digər xəbərlər