13 C
Baku
Tuesday, October 22, 2024

Prezident “Qarabağ” futbol klubuna 2 milyon manat pul ayırdı – SƏRƏNCAM

“Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Banker.az bu barədə Prezidentin rəsmi səhifəsinə istinadən xəbər verir.

Prezidentin sərəncamında deyilir ki, “Qarabağ” futbol klubunun ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunun tarixi qələbəsidir. Klubun Azərbaycanı layiqincə təmsil etdiyini, ölkədə futbolun inkişafı və yüksəlişində xidmətlərini nəzərə alaraq, 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 2,0 (iki) milyon manat ayrılıb.

qarabagh
Prezident İlham Əliyev “Qarabağ” futbol klubunun heyətini qəbul edib.
Son xəbərlər
Digər xəbərlər