9 C
Baku
Friday, December 13, 2024

Prezident şəhid ailələri ilə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev 25 iyun 2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir ki, siyahıya aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 1.7 – 1.9-cu bəndlər əlavə edilsin:

1.7. şəhid statusu verilmiş şəxsin vərəsələrinə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu
1.8. müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu
1.9. hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alan hərbi qulluqçulara dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu

1.2. 4.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

4.2. müddətli həqiqi hərbi xidmətdə olmasına dair arayış verilməsi

1.3. 5.4-cü bənddə “əbədiləşdirməsi” sözü “əbədiləşdirilməsi” sözü ilə əvəz edilsin;

1.4. 7-ci hissə ləğv edilsin.

2. Bu Fərmanın 1.1-ci və 1.4-cü bəndləri 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Son xəbərlər
Digər xəbərlər