17 C
Baku
Saturday, May 4, 2024

Prezident Şuşada 23 binadan ibarət ilk yaşayış kompleksindəki tikinti işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına görülən işlərlə bağlı ətraflı məlumat verib.

 

Bildirilib ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.

Dövlət başçısı yaşayış kompleksində hazır mənzillərə baxıb.

Məlumat verilib ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Keçmiş məcburi köçkünlərin bu binalara köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılacaq.

Diqqətə çatdırılıb ki, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

6583ef763d8b76583ef763d8b817031453346583ef763d8b46583ef763d8b5 6583ef764891e6583ef764891f17031453346583ef764891b6583ef764891d 6583ef76512ec6583ef76512ed17031453346583ef76512e96583ef76512eb 6583ef7659ce96583ef7659cea17031453346583ef7659ce66583ef7659ce7 6583ef767fba86583ef767fba917031453346583ef767fba66583ef767fba7 6583ef768a3036583ef768a30417031453346583ef768a3006583ef768a302 6583ef7694d946583ef7694d9517031453346583ef7694d926583ef7694d93 6583ef76a15bd6583ef76a15be17031453346583ef76a15bb6583ef76a15bc

Son xəbərlər
 ⁠
Digər xəbərlər