Ağcabədi Rayon İcra başçısı Şahin Məmmədovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Prezident tərəfindən təltif edilib.
Bu barədə Banker.az Prezidentin sərəncamına istinad edir.
“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şahin Kərim oğlu Məmmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.” – deyə sənəddə qeyd edilir.
Qeyd edək ki, Ş. Məmmədov Ölkə Prezidentinin 26 dekabr 2005-ci il tarixli sərəncamı ilə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Xatırladaq ki, bundan öncə Azərbaycan Prezidenti İlham Əliyev Xəzər Rayon İcra Hakimiyyəti sabiq başçısı Gülağa İslamovu təltif etmişdi.