Prezident Xaçmaza yeni icra başçısı təyin etdi

Sərəncamla Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bu barədə Banker.az-a Prezidentin mətbuat xidmətindən məlumat daxil olub

Prezidentin digər  sərəncamı ilə Elnur Şahbaz oğlu Rzayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Rzayev Elnur Şahbaz oğlu – 1980-ci ildə Qərbi Azərbaycanın Aşağı Şorca kəndində anadan olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə həmin Universitetdə “İstehsal sistemlərinin idarəedilməsi” ixtisası üzrə magistr, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və Bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsil alıb. 

2004-2009-cu illərdə DSMF-nun Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 2009-2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru olub. Gəncə “Asan xidmət”in rəhbəri vəzifəsində çalışıb.

Elnur Rzayev Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini olub.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər