15 C
Baku
Saturday, May 18, 2024

Prezident Yaponiya İmperatorunu təbrik edib

Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya təbrik məktubu göndərib.

Banker.az xəbər verir ki, məktubda deyilir:

Əlahəzrət,

Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Son xəbərlər
 ⁠
Digər xəbərlər