24 C
Baku
Monday, April 29, 2024

Prezident Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə veriləcəyi tarixi açıqladı

“Bərdə-Ağdam dəmir yolunun inşası bu il davam edir. Yəqin ki, gələn il istifadəyə veriləcəkdir. Bununla paralel olaraq, Ağdamda və Füzulidə dəmir yolları, vağzalları da inşa edilməlidir. Layihələr təqdim edilməlidir və aidiyyəti qurumlar tərəfindən nəzərdən keçirilməlidir və mənə təqdim olunmalıdır”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə yekun nitqində deyib.

“Nəqliyyat infrastrukturu ilə bağlı digər məsələ Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsidir. Bu da bu ilə nəzərdə tutulur. Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci beynəlxalq hava limanı olacaq. O ki qaldı, Laçın Beynəlxalq Hava Limanının inşasına, bunu biz 2024-cü ilə planlaşdırırıq. Orada işlərin həcmi çox böyükdür, həm dağlar partladılmalıdır, həm ərazi düzəlməlidir və orada doğrudan da çox böyük torpaq işləri var. Amma o da mütləq olacaq”.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər