7 C
Baku
Thursday, December 12, 2024

Prezidentdən banklarla bağlı – Qərar

Prezident İlham Əliyevin bu gün Vergilər Məcəlləsində etdiyi dəyişikliklərdən biri də banklara qoyulan depozitlərlə bağlıdır.

Həmin dəyişikliyə əsasən, illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi vergidən azad edilib. Qalan dividentlərdən isə 10 faiz həddində vergi tutulacaq.

1.1. 102.1.21-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 102.1.22-ci maddə əlavə edilsin:

“102.1.22. yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi”;

1.2. 123.1-ci maddədə “əldə edilmişdirsə,” sözlərindən sonra “bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla” sözləri əlavə edilsin.

Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər