Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərbaycan Nəşriyyatı” MMC-si 2022-ci ili 29.92 milyon manat xalis mənfəət əldə edib. 2021-ci ildə bu rəqəm 1.12 mln. manat idi.
Banker.az xəbər verir ki, xalis mənfəətin artımına səbəb əsas əməliyyat gəlirlərinin illik müqayisədə 7.5 dəfə artaraq 37.08 mln. manata yüksəlməsidir.
“Azərbaycan Nəşriyyatı” MMC 2021-ci ildə cəmi 4.92 mln. manat əsas əməliyyat gəliri əldə etmişdi.
Bununla belə, qurumun xərcləri də öncəki illə müqayisədə artaraq 2 dəfəyə yaxın artaraq 7.16 mln. manat təşkil edib.
Dövlət qurumunun balansında 2022-ci ilin əvvəlindəki yığılmış 196 min manat zərər, 2022-ci ilin sonuna 29.72 mln. manat yığılmış mənfəətlə əvəzlənib.