10 C
Baku
Wednesday, December 11, 2024

Private Banking – fərdi bankçılıq

Uzun müddət ərzində Private Banking İsveçrə, Lüksemburq və Monako kimi ölkələrə məxsus təmtəraqlı xidmət növü hesab olunurdu. Məhz bu ölkələr Avropada biznesin idarə edilməsi mərkəzi olmaqla yanaşı, iri həcmdə şəxsi maliyyə kapitalının idarə edilməsi və maliyyə xidmətləri sahəsində dəb müəyyənləşdirici rolunu oynayıblar. Lakin Avropada biznes inkişafının yeni dalğasının gəlişi, dünya iqtisadi tendensiyalarının dəyişikliyi, qlobal miqyasda əhalinin rifahının yüksəlişi nəticəsində yeni hədəf qrupu – Private Banking formalaşır. 

Cəmiyyətin xüsusi nüfuzlu və imtiyazlı təbəqəsi üzün nəzərdə tutulan bir istiqamət olmaqda və öz elitarlığını qorumağa davam edərək, Private Banking getdikcə daha əhəmiyyətli və tələb doğuran bank fəaliyyəti sahəsinə çevrilir.

UniCreditGroup-da Private Bankingin inkişaf tarixi öz başlanğıcını 19-cu əsrdə Schoellerbank AG (əsası 1833-cü ildə qoyulmuş), Salzburger Kredit və Wechsel-Bank AG (SKWG, əsası 1921-ci ildə qoyulmuş) banklarından götürür.

UniCreditGroup çərçivəsində Private Banking istiqaməti ən geniş şəkildə Mərkəzi və Şərqi Avropada yayılıb. BankPrivat (Avstriya), HVB Private Wealth Management (Almaniya), UniCredit Private Banking (İtaliya), Bank Pekao (Polşa), Yapi Kredi Bank (Türkiyə), UniCredit Luxembourg S.A. (Lüksemburq) banklarının aparıcı mütəxəssisləri fərdi bankçılığı biznesin gələcək inkişafı istiqamətində strateji əhəmiyyətli və ən perspektivli istiqamət kimi qiymətləndirirlər.

Fərdi bankçılığın əsas istiqaməti – imtiyazlı müştərilərin ehtiyac və tələblərinə individual yanaşmadır. Private Banking kapitalın saxlanması, onun effektiv idarə edilməsi və artırılması ilə bağlı şəxsi məsələlərin həllində qeyri standart, özək yanaşma və iş prinsipini nəzərdə tutur, bu zaman müştərilərə ən yüksək keyfiyyətli servis növü və etimad prinsipləri əsasında qurulmuş xidmət növü təklif edir, maksimum rahat və etibarlı bir xidmət.

Son xəbərlər
Digər xəbərlər