15 C
Baku
Friday, March 29, 2024

Problemli kreditlər dekabrda kəskin azalıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 1 626,7 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankına istinadən, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 263,6 mln. manat və yaxud 13,95% azdır.

2017-ci ilin əvvəlinə nisbətən isə problemli kreditlər 154,1 mln. manat və yaxud 10,46% artıb.

Ötən ilin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki payı 13,84% təşkil edib. Bu nisbət ötən il noyabrın sonuna 15,46%, ötən ilin əvvəlinə isə 8,95% olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər