Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1 aprel 2021-ci il tarixinə 918.2 milyon manat təşkil edib.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu da son bir ay ərzində 0.1% artım deməkdir.
Problemli kreditlər 2021-ci ilin əvvəlinə nisbətən 2.8% artıb, son ildə isə 32.9% azalıb.
Artıma səbəb millin valyutada olan uzunmüddətli vaxtı keçmiş kreditlərin 0.94% artımla 575.7 milyon manata qədər yüksəlməsidir.
Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6.2% təşkil edib. Bu nisbət ötən ilin sonuna 6.1%, ötən il martın sonuna isə 8.9% idi.