16 C
Baku
Friday, May 3, 2024

Prokurorluq orqanları işçilərinin xüsusi geyim formasının təsvirində dəyişiklik edilir

Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsvirində dəyişiklik ediləcək.

Bununla bağlı Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 165-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri”ndə dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisə daxil olub.

Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər