14 C
Baku
Wednesday, April 17, 2024

Proqramlaşdırmada ən yüksək maaşları kimlər alır?

Stack Overflow saytı bütün dünya üzrə 90.000 tərtibatçının əmək şərtlərini incələyib.

Nəticədə məlum olub ki, öz işindən ən çox razı qalanlar aparıcı proqram mühəndisləri (Engineering Manager) və DevOps mütəxəssisləridir. Həmin şəxslər həmçinin əldə olunan yüksək maaş reytinqində də ilk pillələrdə qərarlaşıblar. Bu barədə Habr.com saytı xəbər verib.

2019-cu ilin ən yüksək maaş alan tərtibatçıları aşağıdakı kimidir:

1. Aparıcı proqram mühəndisi (Engineering Manager) – ildə 95.000$

2. Sistem stabilliyinin təmin olunması üzrə proqram mühəndisi (Site Reliability Engineer) – ildə 85.000$

3. DevOps mütəxəssis – ildə 71.000$

4. Məlumatlarla iş üzrə proqram mühəndisi (Data Engineer) – ildə 66.000$

5. Data mütəxəssis (Data Scientist) / Machine learning mütəxəssisi – ildə 61.000$

6. Məlumatlar analitiki / Biznes analitik – ildə 59.000$

7. Quraşdırılan cihazlar və tətbiqlər üçün proqram təminatı tərtibatçısı – ildə 57.000$

8. Full-stack tərtibatçı – ildə 57.000$

9. Back end tərtibatçı – ildə 56.000$

10. Korporativ tətbiqlər tərtibatçısı – ildə 56.000$.

Məlumatda qeyd olunub ki, menecer vəzifələrinin daha böyük gəlir təmin etmələrinə baxmayaraq tərtibatçılar karyera pilləsində yüksəlməyə tələsmirlər. Stack Overflow-nun sorğusunda iştirak etmiş 4 şəxsdən yalnız biri qeyd edib ki, o, gələcəkdə rəhbərlik vəzifəsinə kimi qalxmağı planlaşdırır. Sorğuda iştirak etmiş iştirakçıların çoxu hal hazırki işlərindən sıx yapışmaq niyyətində deyillər. Belə ki, sorğuda iştirak etmişlərin 60%-i uyğun halda iş yerlərinin dəyişməsini, 15%-i yeni iş yeri axtarışında olduğunu, 34%-i hal hazırki iş yerlərinin onları qane etdiklərini, 26%-i isə iş yerlərindən narazı olduqlarını qeyd edib.

Hal hazırki işindən narazı olanlar sırasında əsasən elmi işçilər, akademik tədqiqatçılar və dizaynerlər var. Tərtibatçılıq üzrə mütəxəssislərin yarısından çoxu son iki ildə öz iş yerlərini dəyişib. Mütəxəssislərin 1/3 hissəsi hal hazırki iş yerlərində 1 ildən az müddətdir ki, çalışır. Sorğuda iştirak etmiş 5 iştirakçıdan ikisi uzaq məsafədən iş rejimi şəraitində çalışır. 33%-i öz evini ofis kimi istifadə edir, 9%-i isə coworkinglərdə çalışır. Professional inkişaf məsələsinə gəldikdə isə sorğuda iştirak etmişlərin böyük hissəsi (88%) özünü özü öyrənmiş adlandırıb. Bu o deməkdir ki, həmin insanlar öz karyeralarının müəyyən dövrlərində hansısa rəsmi kurs keçmədən fərdi şəkildə hansısa yeni proqramlaşdırma dilini, framework-u və ya alətlər paketini öyrəniblər.

Sorğu itirakçılarının demək olar ki, yarısı bildirib ki, onlar öz ilk kod sətrlərini 16 yaşında yazıblar. Maraqlısı ondadır ki, sorğu iştirakçılarının 70%-i öz səriştəliyini normaldan yuxarı səviyyədə qiymətləndirib. Öz gələcəyi üzrə yüksək optimizmi daha çox Çindən olan iştirakçılar sərgiləyiblər. Onlar əmindirlər ki, onlar hal hazırda öz valideynlərindən daha yaxşı yaşayırlar. Şərqi Avropa, Latın Amerikası və Yaxın Şərq ölkələrinin təmsilçiləri də eyni fikrə sahibdirlər. İnkişaf etmiş ölkələr isə həyata bir qədər qaranlıqla baxırlar. Ən depressiv tərtibatçılar Fransadan və Almaniyadan olublar. Baxmayaraq ki, bu ölkələr Avropa iqtisadiyyatının iki aparıcı təmsilçisidir. Tərtibatçılar arasında Python məşhurlaşmağa davam edir. O, ikinci yerdə qərrlaşmış Java-nı sıxışdırır. Sözügedən reytinqin ilk pilləsində isə əvvəlki kimi Rust qərarlaşır.

Proqramlaşdırma dili ilə maaş səviyyəsi:

image 91002758033573

İş həftəsinin böyüklüyü:

image 6703139003366

Tərtibatçılar arasında üstün tutulan musiqi janrları:

image 83644192246720©Yenicag.az

Son xəbərlər
Digər xəbərlər