10 C
Baku
Friday, December 13, 2024

“PSG Finans” 2022-ci ili ₼5.5 mln. xalis mənfəət əldə edib

“PSG Finans” Bank Olmayan Kredit Təşkilatı MMC 2022-ci ildə ₼5.47 mln. həcmində xalis mənfəət əldə edib. 2021-c ili BOKT ₼1.97 mln.  xalis mənfəət əldə etmişdi.

Banker.az xəbər verir ki, bu barədə BOKT-nin illik audit hesabatında deyilir.

Hesabat müddətində onun faizlər üzrə gəlirləri ₼3.94 mln.  olduğu halda (2021: ₼3.07 mln.  faizlər üzrə xərcləri cəmi ₼68 min  (₼151 min ) olub. BOKT xalis mənfəətinin öncəki ildən daha çox olmasına səbəb isə gözlənilən kredit zərərləri üzrə ehtiyatın ₼0.38 mln.-dan ₼3.58 mln.-a qədər yeksəlməsidir.

BOKT işçi heyətinə ₼0.56 mln. (₼0.45 mln.) və ümumi inzibati ₼0.43 mln. (0.55 mln.) xərclər çəkib.

BOKT 2022-ci il üzrə mənfəətindən dövlətə ₼1.21 mln. vergi ödəyib (20%-lə hesablanır).

BOKT-nin 1 yanvar 2023-cü il tarixinə bölüşdürülməmiş mənfəət ₼8.23 mln. olub. BOKT 2022-ci ilcə bölüşdürülməmiş mənfəətdən cəmi ₼292 min səhmdarlara dividend elan edib.

BOKT aktivlərinin həcmini ₼14.68 mln. -dan ₼19.87 mln.-a yüksəldib. Aktivlərin 18.82 mln. ₼ı müştərilərə verilmiş kreditlərdir ki, illik bu portfel 59% artmış olub.

“PSG Finans” əlaqəli tərəfdən ₼1.34 mln. iki il öncə borc alıb, həmin borcdan hələ ki, qaytarmayıb. BOKT-nin ₼1.65 mln. ₼ cəmi öhdəlikləri vardır.

Xatırladaq ki, “PSG Finans” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. BOKT-un təsisçiləri 75%-lik payla “Practical Solutions Middle East FZ” şirkəti, eləcə də hər biri 12.5%-lik payla Faiq Məmmədov və “Chaparxana KFT” şirkətidir.

“PSG Finans” “PSG” şirkətlər qrupuna daxildir. Bu holdinqdə həm də “PSG Kapial İnvestisiya Şirkəti” QSC təmsil olunur. BOKT-un təsisçisi olan F.Məmmədov həm də investisiya şirkətinin yeganə səhmdarıdır.21313131 1122

Son xəbərlər
Digər xəbərlər