10 C
Baku
Friday, December 13, 2024

“PSG Finans” BOKT ötən il kiçilib – Maliyyə vəziyyəti açıqlandı

“PSG Finans” BOKT MMC 2020-ci ili 1 milyon 729 min manat xalis mənfəət ilə başa vurub. 2019-cu ilin eyni dövründə BOKT-un xalis mənfəəti 808 min manat təşkil etmişdir. Belə ki, ötən il “PSG Finans” BOKT-un mənfəəti 2.1 dəfə artıb.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

“PSG Finans” BOKT-un 2020-ci ildə faiz gəlirləri müştərilərə verilmiş kreditlərdən 2 milyon 417 min manat (35.4% çox), qeyri-faiz gəlirləri 2 milyon 800 min manat (19.2 dəfə çox) olub.

BOKT-un 31 dekabr 2020-ci il tarixinə cəmi aktivləri 8 milyon 221 min manat təşkil edib ki, bu da illik müqayisədə 26% azalma deməkdir. Bunun 6 milyon 418 min manatı müştərilərə verilmiş kreditlərdir. Beləliklə, “PSG Finans” BOKT-un kredit portfeli 15.4% kiçilib.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 2.5 dəfə azalaraq 2 milyon 825 min manata düşüb, cəmi kapitalı isə 32.4% artaraq 5 milyon 396 min manata çatıb.

Xatırladaq ki, “PSG Finans” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,8 milyon manatdır.

 

Son xəbərlər
Digər xəbərlər