“PSG Kapital” nizamnamə kapitalının həcmini iki qat artıraraq 2 milyon manata yüksəldib. Bu barədə Banker.az-a İnvestisya Şirkətindən məlumat daxil olub.
“Kapitalın artırılması əlavə səhm buraxılışı hesabına həyata keçirilib. Bu addım çərçivəsində nominal qiyməti 1 000 manat olan əlavə 1 000 ədəd səhm buraxılıb. Nəticədə “PSG Kapital” QSC nizamnamə kapitalının həcminə görə, ölkənin investisiya şirkətləri arasında lider mövqeyə çıxıb.” – deyə məlumatda bildirilir.