Azərbaycanda fəaliyyət göstərən investisya şirkəti olan “PSG Kapital” QSC ötən ilin 12 ayı ərzində 88,614 manat əməliyyat zərəri edib.
Banker.az bu barədə İnvestisya Şirkətinin 2017-ci il üzrə açıqladğı audit hesabatına istionadən xəbər verir.
Hesabat dövrü ərzindəki bu zərər 2016-ci illə müqayisədə 2 dəfə çoxdur. Bunun əsas səbəbi xərclərinin çoxalmasının artması olub. Lakin, bir faktı da qeyd edək ki, ötən il ərzində ümumi gəlirləri 1,21 mln. manatdan çox gəlir əldə edib. Bu da ötən illə müqayisədə az qala 3 dəfə çoxdur. Mənfəət vergisi nəzərə alınanda 2017-ci ildə şirkətin xalis mənfəəti təxminən 40 min manat təşkil edib.
“PSG Kapital”ın aktivləri artaraq 14,38 mln. manata qədər artıb. Bununda əsas hissəsini banklara qoyduğu depozitin həcmindəki artımdır. PSG Kapital ötən il ərzində 3,46 mln. manat pulu banklara depozit şəkilində qoyub.
İnvestisya Şirkəti SOCAR-a məxsus qiymətli kağızların bir qismini sataraq həcmini 1mln. 101 min manatdan 800 min manata qədər azaldıb. Bundan əlavə, Türkiyədə qeydiyyata alınan Smart İnvest Enerji Yatırımlar Senayesi və Ticaret A.Ş-nin 1,7 mln. manatlıq istiqrazlarını satmalı olub. Əvəzində isə İnteraktiv brokerlərdən 263 min manatlıq qiymətli kağız cəlb edib.
Xatırladaq ki, PSG Kapital-ın nizamnamə kapitalı 1 mln. manatdır.