2 C
Baku
Saturday, December 14, 2024

“PSG Kapital”ın xalis mənfəəti 1.7 mln. manata çatıb

“PSG Kapital İnvestisiya Şirkəti” QSC 2021-ci ildə 1.7 mln manatlıq xalis mənfəət əldə edib.

Banker.az bu barədə investisiya şirkətinin audit hesabatına istinadən xəbər verir.

Şirkət ötən il ərzində 2 978 448 manatlıq gəlir əldə edib. Gəlirlərində dilinq üzrə gəlirlərdən daxil olub – 801 543 manat.

Bütün əməliyyat xərcləri çıxıldıqdan sonra isə şirkətin əməliyyat gəliri 2 130 540 manat olub. Bu öncəki ildə 1 518 765 manat idi.

419 454 manatlıq mənfəət vergisindən sonra şirkətin xalis mənfəəti 1 717 707 manat təşkil edib.

111

Son xəbərlər
Digər xəbərlər