19 C
Baku
Monday, April 29, 2024

Pullar haqqında maraqlı faktlar

1.  18-ci əsrdə İsveçdə çəkisi 20 kq olan mis pullar istifadə edilirdi.

2. Yüz dollarlıq əskinazlardan ibarət milyon dolların çəkisi 10 kq edir, 1 sent nominal dəyəri olan  sikkələrdən ibarət milyon dolların çəkisi 246 ton edər.

3. Mavi fişka termini danışıq dilinə pokerdən daxil olmuşdur, burada ən bahalı fişkalar məhz mavi rəngdə olanlardır.

4.  İlk kredit kartı American Express kompaniyası tərəfindən 1951-ci ildə buraxılıb.

5. 2-ci Elizavetta dünyanın ən varlı qadınlarının Top-Onluğuna daxildir.

6. Statistikaya əsasən milyonerlərin 80%-dən çoxu ikinci əl (istifadə olunmuş) avtomobil alır.

7. Əgər Kaliforniya ştatı ayrıca bir ölkə olsaydı,  iqtisadiyyatın inkişafına görə beş ən güclü ölkə sırasında daxil olardı.

8. Yer kürəsinin əhalisini üçdə birindən çoxu gün ərzində 2 dollardan da az qazanır. 1,2 milyard insan isə gün ərzində cəmi 1 dollara yaşayır.

9. 1990-cı ildə The Wall Street Journal jurnalında dünya iqtisadi tənəzzülü ilə bağlı 1583 məqalə dərc olunmuşdu.

10.  Banca Monte dei Paschi di Siena bankı bu gün dünyanın ən qədimi banı hesab olunur. Onun əsası 1472-ci ildə İtaliyada qoyulmuşdur.

11. ABŞ-da dövriyyədə olan banknotların və sikkələrin ümumi dəyəri 829 milyard dolar təşkil edir.

coins

Nəyə görə sikkələrin kənarları kəsik-kəsik olur?

Məsələ ondadır ki, hələ lap qədimlərdə pulun əsas dəyəri və ləyaqəti onun tərkibində olan qızıl və gümüşün miqdarı ilə müəyyən olunurdu. Məsələn, 10 dollarlıq sikkənin tərkibində 10 dollarlıq məbləğdə qızıl olurdu. Amma saxtakarlar və fırıldaqçılar sikkələrin qıraqlarını kəsirdi ki, sonra onları əridib istifadə etsinlər. Sikkələrin qırağına xətt-xətt çıxıntıların qoyulması o məqsəd daşıyırdı ki, onlardan hər hansı biri olmasa, bu o deməkdir ki, sikkələrin qıraqlarını fırıldaqçılar kəsiblər. Bu gün qəpiklər qızıl və gümüşdən hazırlanmır, amma onların istehsalında əvvəlki ənənəyə əməl olunur və pulların  kənarlarını yenə də əvvəlki kimi xətt-xətt olur.

1949-cu ildə Frenk Maknamer öz dostları ilə birlikdə nahar etməyə restoranlardan birinə gedir. Sonra  o fikir verir ki, pulqabısını evdə unudub, bu vəziyyət onu pərt edir. Onun hesabı ödəmək üçün nağd pulu olmur və o, özünə and içir ki, eyni hadisə bir daha onun başına gəlməyəcək. O, dostları ilə birlikdə xüsusi restoran yaradır.

Onlar Diners restoranlar şəbəkəsinə baş çəkən varlı müştərilərin işini asanlaşdırmaq üçün kredit kartları emissiya etmişlər. Amerikada kredit kartlarını həmin dövrdə sadəcə kreditka adlandırırdılar. Qeyd etmək lazımdır ki, restorana ziyarət zamanı müştərilər tərəfindən kredit kartları vasitəsi ilə ödənilən vəsaiti restoran özü yox, məhz Diners Club toplayırdı. Buna görə isə o ümumi məbləğin 7%-ni qazanırdı. Kredit kart sahibləri isə onun istifadəsinə görə isə Diners Club-a ildə cəmi 3 dollar ödəyirdilər.dinersclub

 •    Marta Vaşinqton portreti amerikan valyutasında dərc olunmuş yeganə qadındır (gümüş sikkə 1 dolar).

•    Yüz dollarlıq valyutanın orta “yaşama” müddəti 89 aya bərabərdir.

•    1943-cü ildə emissiya edilmiş $ 100 000 dollarlıq ABŞ banknotu nümunəsi indiyə qədər buraxılmış ən iri əskinazdır. O, yalnız banklar arası müxtəlif əməliyyatlarda istifadə olunaraq, elə də geniş kütlə  tətbiq olunmamışdır.

dollar100000

•    İlk kağız pullar ABŞ-da yalnız 1861-ci ildə hazırlanmağa başlayıb. Səbəb isə dövriyyədə olan sikkələr çatışmazlığı və vətəndaş müharibəsini maliyyələşdirməyə ehtiyac olması idi. Pulların hazırlanması ilə dövləti Xəzinədarlığının çardağında altı nəfər məşğul olurdu.

•  Banknotların istehsalı üçün istifadə olunan kağızın 75%-i pambıqdan və 25%-i isə kətandan ibarətdir. Banknot təqribən 4000-ə yaxın 2 qat bükülməyə tab gətirməlidir.

• Kalvin Kulidc ölümündən əvvəl sikkə üzərində portreti çap olunmuş ilk prezident olmuşdur.

•  Iri buynuzlu mal-qara çox güman ki, ən qədim pul formasıdır. Afrikanın bəzi hissələrində onlar bu funksiyada hətta 20-ci əsrin ortalarına qədər istifadə olunub.

•    ABŞ-ın gizli (məxfi) xidməti 1865-ci ildə sikkələrin saxtalaşdırılması ilə məşğul olan canilər ilə mübarizə aparmaq məqsədi ilə yaradılmışdı. Bəzi hesablamalara əsasən, həmin zaman dövriyyədə olan vəsaitlərin üçdə bir hissəsi saxta idi.
•    Forbes-in versiyasına əsasən dünyanın ən varlı insanlarının orta yaşı 60 ildir.

•    Dollar işarəsi $ 1788-ci ildə Oliver Pollok trəfindən icad edilib.

•    Çin kağız pulların istifadə olunduğu ilk ölkə olmuşdur.

chna%20money

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər