-3 C
Baku
Sunday, December 15, 2024

Putin Donetsk və Luqanskdan gələnlərə 10 min rubl ayırıb

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın separatçı Donetsk və Luqansk respublikalarından Rostov vilayətinə gələn hər bir şəxsə 10 min rubl ayrılması barədə göstəriş verib.

Putin həmçinin, Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyana Donetsk və Luqanskdan gələnlərin yerləşdirilməsinə şərait yaratmaq üçün təcili olaraq Rostov vilayətinə uçmağı tapşırıb.

Qeyd edək ki, Rostov vilayətində Donetsk və Luqanskdan evakuasiya ilə əlaqədar əməliyyat qərargahı yaradılıb.

 

 

Son xəbərlər
Digər xəbərlər