13 C
Baku
Tuesday, May 7, 2024

Putin Kadırovu mükafatlandırdı

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovu mükafatlandırıb.

Bu barədə Kadırov teleqram kanalında məlumat paylaşıb.

Çeçen lider bildirib ki, Putin onu regionun sosial-iqtisadi inkişafına verdiyi töhfəyə görə “Aleksandr Nevski ordeni” ilə təltif edib.

Kadırov bundan sonra da Rusiyanın rifahı naminə fədakarlıqla xidmət edəcəyinə söz verib: “Mənim üçün Rusiya Prezidentindən mükafat almaq ən böyük şərəfdir. Mən Vladimir Vladimiroviç Putinə etimada və regionumuzun inkişafına göstərdiyi daimi diqqətə görə təşəkkür edirəm”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər