2 C
Baku
Saturday, December 14, 2024

Putin prezident seçkiləri haqqında qanuna dəyişiklikləri təsdiqləyib

Rusiya Prezidenti Vladimir Putin prezident seçkiləri haqqında qanuna dəyişiklikləri təsdiqləyib.

Qanuna dəyişikliklər sırasında seçki komissiyalarının iclaslarına yalnız əmək müqaviləsi olan KİV nümayəndələrinin buraxılması, hərbi hissələrdə yerləşən ərazilərdə çəkilişlərə məhdudiyyətlərin qoyulması yer alıb.

Bundan əlavə, yeni qanunda hərb vəziyyətində olan subyektlərdə səsvermənin Mərkəzi Seçki Komissiyasının Müdafiə Nazirliyi, Federal Təhlükəsizlik Xidməti və bu regionların rəhbərləri ilə məsləhətləşmələrinin nəticələrinə əsasən mümkün olduğu qeyd olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər