21 C
Baku
Monday, April 29, 2024

Putin: Rusiya demək olar ki, Avropa qaz bazarına alternativ tapıb

Rusiya demək olar ki, Avropa qaz bazarına alternativ tapıb.

Bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Enerji Həftəsinin plenar iclasında bildirib.

Onun sözlərinə görə, Avropa Rusiya qazı olmadan bacarmır:

“Avropa ölkələri Rusiyanın enerji resurslarını əldə etməyi mənəvi məsələ hesab etsəydilər, istənilən marşrutlar üzrə Rusiyadan qaz almağı tamamilə dayandırardılar”

Putin qeyd edib ki, Rusiya sanksiyalardan sonra neft və qaz avadanlıqlarına olan bütün ehtiyaclarını hələ ödəməyib, lakin vəziyyət çox sürətlə yaxşılaşır.

O, İranın Moskva ilə Rusiya qazının tədarükü imkanlarını müzakirə etdiyini də söyləyib. Qeyd edib ki. Rusiya Asiyaya enerji təchizatını genişləndirəcək, yeni marşrutlar inşa edəcək və ya mövcud marşrutları qaydaya salacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər